Komanda
React-in təkmilləşməsinə Facebook-da işləyən kiçik komanda tərəfindən rəhbərlik edilir. Əlavə olaraq React-ə dünyanın hər yerindən köməkliklər edilir.
React Komandası ilə Tanış Ol
React komandasının üzvləri React-in əsas komponent API-ları, React DOM və React Native-in istifadə etdiyi mühərrik, React DevTools və React sənədləri səhifəsi üzərində işləyirlər.
React komandasının üzvləri əlifba sırası ilə göstərilib.
Andrew Clark
Github-da @acdlite · Twitter-də @acdlite
Endryu veb proqramlaşdırmasını Wordpress ilə başladı və sonra JavaScript-i öyrəndi. Gündən asılı olaraq Endryu ya Disney canisi ya da şahzadəsidir.
Brian Vaughn
Github-da @bvaughn · Twitter-də @brian_d_vaughn
Brayn universitetdə incəsənət oxuyub təhsilini ödəmək üçün əlavə olaraq proqramlaşdırma edirdi. Vaxt keçdikcə, Brayn open source layihələrdə işləməyi sevdiyini tapdı. Braynın bir bir-nəfərlik və iki iki-nəfərlik musiqi qrupları var. Əlavə olaraq onda dünyanın ən şirin pişiyi var.
Dan Abramov
Github-da @gaearon · Twitter-də @dan_abramov
Dən proqramlaşdırmanı Microsoft PowerPoint-də Visual Basic yazaraq tapdı. O, Sebastian-ın tvitlərini uzun bloq yazılarına çevirərək özünü tapdı. Adətən, Dən kolda gizlənərək Fortnite oyununda qalib gəlir.
Luna Ruan
Github-da @lunaruan · Twitter-də @lunaruan
Luna oyun düzəltmək üçün proqramlaşdırmanı öyrəndi. Amma oyun düzəltmək əvəzinə Pinterest-in veb applikasiyası üzərində işlədi. İndi isə o, React-in üzərində işləyir. Luna artıq oyun düzəltmək istəmir amma o, cansıxıcılıq olduqda kreativ yazıyazma ilə məşqul olmaq istəyir.
Rachel Nabors
Github-da @rachelnabors · Twitter-də @rachelnabors
Reyçel UI animasiyası haqqında kitab yazıb və veb animasiyalar API-ı üzərində MDN və W3C ilə işləyib. İndi, o, React komandasının təhsil materialları və cəmiyyət mühəndisliyi ilə məşquldur. Gizlicə o, yeniyetmə qızlar üçün şəkillər çəkir. Siz onu mikromətbəxdə ilıq su ilə əla çay hazırlarkən tuta bilərsiniz.
Rick Hanlon
Github-da @rickhanlonii · Twitter-də @rickhanlonii
Riki universitetdə nəzəri riyaziyyatı bitirərək React komandasına qoşulmamışdan öncə React Native komandasında tapıb. O, proqramlaşdırmadıqda siz onun snoubord etdiyini, velosiped sürdüyünü, dağa dırmaşdığını, qolf oynadığını və ya issue şablonuna uyğun olmayan Github issue-larını bağladığını görə bilərsiniz.
Sebastian Markbåge
Github-da @sebmarkbage · Twitter-də @sebmarkbage
Sebastian universitetdə psixologiya oxuyub. O, adətən çox sakitdir və o nəsə dedikdə bizə bir neçə ay sonra çatır. Onun familiyasının “mark-boa-geh” kimi səslənməsinə baxmayaraq praqmatik (React-ə də belə yanaşır) olmaq üçün “mark-beige” kimi səslənməyə normal baxır.
Seth Webster
Github-da @sethwebster · Twitter-də @sethwebster
Tukson, Arizonada böyüyən Seth, uşaqlıqdan proqramlaşdırma ilə məşquldur. O, Intuit-də işə başlamamışdan öncə 10 il musiqiçi kimi tur edib. Seth boş vaxtında şəkil çəkməyi və şimal-şərqi Amerikada heyvanları xilas etmək ilə məşquldur
Təşəkkürlər
React, ilk olaraq Cordan Valke tərəfindən düzəldilmişdi. Bugün, React-in minlərlə open source töhfə verənləri var. Biz, React və sənədlərinə illərlə töhfələr verən bəzi adamlara çox sağ olumuzu bildirmək istəyirik:
- Almero Steyn
- Andreas Svensson
- Alex Krolick
- Alexey Pyltsyn
- Brandon Dail
- Caleb Meredith
- Chang Yan
- Cheng Lou
- Christoph Nakazawa
- Christopher Chedeau
- Clement Hoang
- Dominic Gannaway
- Flarnie Marchan
- Jason Quense
- Jesse Beach
- Jessica Franco
- Jim Sproch
- Josh Duck
- Joe Critchley
- Jeff Morrison
- Keyan Zhang
- Nat Alison
- Nathan Hunzaker
- Nicolas Gallagher
- Paul O’Shannessy
- Pete Hunt
- Philipp Spiess
- Sander Spies
- Sasha Aickin
- Sophia Shoemaker
- Sophie Alpert
- Sunil Pai
- Tim Yung
- Yuzhi Zheng
Bu siyahı tam deyil.
Əlavə olaraq biz Tom Okçino və Adam Volfa illərlə göstərdikləri dəstəyə görə çox sağ olumuzu bildiririk. Əlavə olaraq biz React-i digər dillərə tərcümə edən bütün könüllülərə çox sağ olumuzu bildiririk.