CDN Linkləri
React və ReactDOM CDN-dən mövcuddur.
<script crossorigin src="https://unpkg.com/react@17/umd/react.development.js"></script>
<script crossorigin src="https://unpkg.com/react-dom@17/umd/react-dom.development.js"></script>
Yuxarıda göstərilən versiyalar yalnız development üçündür. Bu linkləri produksiyada işlətməyin. React-in minimallaşmış (minify) və produksiya üçün optimallaşmış versiyalarını aşağıdakı linklərdən yükləyə bilərsiniz:
<script crossorigin src="https://unpkg.com/react@17/umd/react.production.min.js"></script>
<script crossorigin src="https://unpkg.com/react-dom@17/umd/react-dom.production.min.js"></script>
react
və react-dom
-un spesifik versiyalarını yükləmək üçün 17
rəqəmini versiya nömrəsi ilə əvəz edin.
Niyə crossorigin
Atributu?
React-i CDN-dən yükləyirsinizsə crossorigin
atributunu saxlamağı tövsiyə edirik:
<script crossorigin src="..."></script>
Əlavə olaraq, CDN-lərin Access-Control-Allow-Origin: *
HTTP başlığı əlavə etdiyini də yoxlayın:
Bu atribut ve başlıqlar, sizi React 16 və yuxarı versiyalarda daha yaxşı xəta idarəsi təcrübəsi ilə təmin edir.
Is this page useful?Bu səhifəni redaktə edin