JavaScript Mühitinin Tələbləri
React 16 Map və Set kolleksiya tiplərindən asılıdır. Əgər siz bu funksiyaları nativ təmin etməyən köhnə brauzerləri (məsələn IE < 11) və ya standart tətbiq etməyən brauzerləri (məsələn IE 11) dəstəkləyirsinizsə, core-js kimi qlobal polifili paketlənmiş applikasiyanıza əlavə edin.
React 16-nı keçmiş brauzerlərdə dəstəkləmək üçün core-js ilə polifilləşmiş mühit aşağıdakı kimi ola bilər:
import 'core-js/es/map';
import 'core-js/es/set';
import React from 'react';
import ReactDOM from 'react-dom';
ReactDOM.render(
<h1>Salam Dünya!</h1>,
document.getElementById('root')
);
React həmçinin requestAnimationFrame
-dən (hətta test mühitlərində) asılıdır.
Siz requestAnimationFrame
-i “shim” etmək üçün raf paketindən istifadə edə bilərsiniz:
import 'raf/polyfill';
Is this page useful?Bu səhifəni redaktə edin