We want to hear from you!Take our 2021 Community Survey!
This site is no longer updated.Go to react.dev

Render Propları

These docs are old and won’t be updated. Go to react.dev for the new React docs.

Render props are used in modern React, but aren’t very common.
For many cases, they have been replaced by custom Hooks.

“render prop” termini React komponentləri arasında kod paylaşması üçün dəyəri funksiya olan propu istifadə etmək texnikasına istinad edir.

Render Propu olan komponent React elementi qaytaran funksiya qəbul edir və xüsusi render etmə məntiqi tətbiq etmək əvəzinə bu funksiyanı çağırır.

<DataProvider render={data => (

Salam {data.target}

Render propları işlədən kitabxanalara React Router, DownshiftFormik daxildir.

Bu sənəddə, render proplarının faydasından və bu texnikanın necə tətbiq edilməsindən danışacağıq.

Problemləri Paylaşmaq üçün Render Proplarından istifadə edin

Komponentlərin React-də kodları paylaşmaq üçün əsas vahid olmasına baxmayaraq bir komponentdə yerləşən state və ya davranışı digər komponentlər ilə paylaşmaq aydın olmaya bilər.

Məsələn, aşağıdakı komponent veb applikasiyada maus pozisiyasını izləyir:

class MouseTracker extends React.Component {
constructor(props) {
super(props);
this.handleMouseMove = this.handleMouseMove.bind(this);
this.state = { x: 0, y: 0 };

handleMouseMove(event) {
this.setState({
x: event.clientX,
y: event.clientY

render() {
return (

Mausu tərpədin!

Mausun cari pozisiyası: ({this.state.x}, {this.state.y})

Yuxarıdakı komponent kursoru ekranda tərpətdikdə kursorun koordinatlarını (x, y)
elementinin daxilində göstərəcək.

İndi əsas sual: Eyni davranışı digər komponentdə necə istifadə etmək olar? Digər sözlə, kursor pozisiyası digər komponentə lazım olduqda biz bu davranışı paylaşmaq üçün komponent ilə inkapsulyasiya edə bilərik?

Komponentlərin kod paylaşması üçün mexanizm olduğundan gəlin yuxarıdakı kodu refaktorinq edərək göstərilən davranışı inkapsulyasiya edən <Maus> komponenti yaradaq.

// <Mouse> komponenti bizə lazımolan davranışı inkapsulyasiya edir...
class Mouse extends React.Component {
constructor(props) {
super(props);
this.handleMouseMove = this.handleMouseMove.bind(this);
this.state = { x: 0, y: 0 };

handleMouseMove(event) {
this.setState({
x: event.clientX,
y: event.clientY

render() {
return (

{/* ...burada
-dən fərqli elementi necə render edə bilərəm? */}

Mausun cari pozisiyası: ({this.state.x}, {this.state.y})

class MouseTracker extends React.Component {
render() {
return (

Mausu tərpədin!

<Mouse />

İndi, <Mouse> komponenti mousemove hadisələrinə qulaq asan və kursorun (x, y) pozisiyasını saxlayan bütün davranışları inkapsulyasiya edir. Lakin, bu komponent tam yenidən işlədilə bilən deyil.

Məsələn, fərz edək ki, bizdə mausu təqib edərək pişik şəkli render edən <Cat> komponenti var. Biz, komponentin şəkli ekranın harasında yerləşdirməsi üçün komponentə mausun koordinatlarını <Cat mouse={{ x, y }}> propu ilə bildirmək istəyə bilərik.

İlk baxışda, <Cat> komponentini <Mouse>-un render funksiyasında yerləşdirmək istəyə bilərsiniz:

class Cat extends React.Component {
render() {
const mouse = this.props.mouse;
return (

class MouseWithCat extends React.Component {
constructor(props) {
super(props);
this.handleMouseMove = this.handleMouseMove.bind(this);
this.state = { x: 0, y: 0 };

handleMouseMove(event) {
this.setState({
x: event.clientX,
y: event.clientY

render() {
return (

Biz burada
-in əvəzinə <Cat> işlədə bilərik... lakin,
bu yanaşma ilə mausu işlədən hər komponent üçün <MouseWithSomethingElse>
komponenti yaratmalı olacağıq. Bu səbədən, <MouseWithCat>
komponenti yenidən işlədilə bilən deyil.

<Cat mouse={this.state} />

class MouseTracker extends React.Component {
render() {
return (

Mausu tərpədin!

<MouseWithCat />

Bu yanaşma bizim xüsusi ssenarimiz üçün işləyəcək. Lakin, biz davranışın yenidən işlədilə bilən formada inkapsulyasiya edilməsi məqsədinə hələ ki çatmamışıq. İndi, maus pozisiyasını işlədən hər fərqli ssenari üçün yeni komponent yaradıb (yəni, <MouseWithCat>-in yenisini) bu ssenariyə lazım olan elementləri render etməliyik.

Render Propu işlətdikdə isə bu problemə başqa formada yanaşa bilirik: <Mouse> komponentinə <Cat> komponenti əlavə edərək komponentin render edəcəyi nəticəni dəyişmək əvəzinə <Mouse> komponentinə nəyin render ediləcəyinin dinamik şəkildə müəyyən edilməsi üçün funksiya propu (render propu) göndərəcəyik.

class Cat extends React.Component {
render() {
const mouse = this.props.mouse;
return (

class Mouse extends React.Component {
constructor(props) {
super(props);
this.handleMouseMove = this.handleMouseMove.bind(this);
this.state = { x: 0, y: 0 };

handleMouseMove(event) {
this.setState({
x: event.clientX,
y: event.clientY

render() {
return (

<Mouse> komponentinin nəyi render edəcəyini statik şəkildə təmin etmək
əvəzinə `render` propundan istifadə edərək nəyin render ediləcəyini dinamik
şəkildə müəyyənləşdirin.

{this.props.render(this.state)}

class MouseTracker extends React.Component {
render() {
return (

Mausu tərpədin!

<Mouse render={mouse => (
<Cat mouse={mouse} />

İndi, <Mouse> kodunu kopiyalayıb yeni komponentin render funksiyasına xüsusi ssenarini əhatə edən məntiq əlavə etmək əvəzinə, <Mouse> komponentinin nəyi render edəcəyini render propuna dəyər göndərərək müəyyənləşdirəcəyik.

Konkret olaraq render propu komponentin nəyi render edəcəyini bilmək üçün istifadə edilən funksiya propudur.

Bu texnikadan istifadə etdikdə davranışların paylaşılması çox asanlaşır. Bu davranışı əldə etmək üçün kursorun cari koordinatları (x, y) əsasında nəyin render ediləcəyini render propuna göndərərək <Mouse> komponentini render edin.

Yüksək dərəcəli komponentləri (HOC) render propu istifadə edərək sadə komponent ilə yaratmağın mümkün olduğunu nəzərə alın. Məsələn, əgər <Mouse> komponenti əvəzinə withMouse HOC-i istifadə etmək istəyirsinizsə, bu HOC-ni render propu istifadə edərək <Mouse> komponenti ilə asanlıqla düzəldə bilərsiniz:

// Əgər hər hansı səbəbə görə HOC lazımdırsa, siz bu HOC-ni
// render propu istifadə edərək sadə komponent ilə asanlıqla yarada bilərsiniz!
function withMouse(Component) {
return class extends React.Component {
render() {
return (
<Mouse render={mouse => (
<Component {...this.props} mouse={mouse} />

Bu səbəbdən hər iki yanaşmanı render propları ilə tətbiq edə bilərsiniz.

render-dən Fərqli Propların İşlədilməsi

Pattern-in adının “render propları” olduğuna baxmayaraq bu pattern-i işlətmək üçün propun adının render olması vacib deyil. Faktiki olaraq komponentin nəyi render edəcəyini bilmək üçün istifadə olunan hər hansı prop “render propudur”.

Yuxarıdakı nümunələrdə render işlətməyimizə baxmayaraq biz asanlıqla children propundan da istifadə edə bilərdik!

<Mouse children={mouse => (

Mausun pozisiyası: {mouse.x}, {mouse.y}

Əlavə olaraq, children propunu JSX elementinin “atributları” siyahısında göstərmək lazım deyil. Əvəzinə, funksiyasnı birbaşa elementin daxilinə əlavə edə bilərsiniz!

<Mouse>
{mouse => (

Mausun pozisiyası: {mouse.x}, {mouse.y}

</Mouse>

Siz, react-motion kitabxanasının bu API-dan istifadə etdiyini görə bilərsiniz.

Bu texnikanın biraz qeyri-adi olduğundan bu formalı API düzəltdikdə chldren-in funksiya olduğunu propTypes-da təyin edin.

Mouse.propTypes = {
children: PropTypes.func.isRequired

Xəbərdarlıqlar

Render Proplarını React.PureComponent ilə işlətdikdə diqqətli olun

Render propu işlədilən zaman render prop funksiyasını render funksiyasında yaratdıqda React.PureComponent-in faydaları sıfırlana bilər. Bunun səbəbi, hər render çağırışının render propu üçün yeni funksiya yaratdığından dayaz prop müqayisəsinin yeni proplar üçün həmişə false qaytarmasıdır.

Məsələn, yuxarıdakı <Mouse> komponentini React.Component-dən yox, React.PureComponent-dən genişləndirdikdə bizim nümunəmiz aşağıdakı kimi olacaq:

class Mouse extends React.PureComponent {
// Əvvəlki tətbiq ilə eynidir...

class MouseTracker extends React.Component {
render() {
return (

Mausu tərpədin!

Bu, yaxşı fikir deyil! `render` propunun
dəyəri hər render etmə zamanı fərqli olacaq.

<Mouse render={mouse => (
<Cat mouse={mouse} />

Yuxarıdakı nümunədə, <MouseTracker>-in hər render etməsi zamanı <Mouse render> propunun dəyəri üçün yeni funksiya yaradılacaq. Nəticədə <Mouse>-un React.PureComponent-dən genişləndirilməsi sıfırlanacaq!

Bu problemi həll etmək üçün propu instansiya metodu kimi təyin etmək olar:

class MouseTracker extends React.Component {
// İnstansiya metodu kimi təyin edildikdə `this.renderTheCat`
// həmişə *eyni* funksiyaya istinad edəcək
renderTheCat(mouse) {
return <Cat mouse={mouse} />;

render() {
return (

Mausu tərpədin!

<Mouse render={this.renderTheCat} />

Propun statik təyin edilməsi mümkün olmadıqda (məsələn, komponentin state və ya proplarından istifadə etmək lazım olduqda) <Mouse> komponentini React.Component-dən genişləndirmək lazımdır.

Is this page useful?Bu səhifəni redaktə edin