We want to hear from you!Take our 2020 Community Survey!

JSX-siz React

React işlətmək üçün JSX quraşdırmaq tələb olunmur. Yaranma mühitində kompilyasiya prosesi quraşdırmaq istəmədikdə React-i JSX-siz işlətmək əlverişlidir.

JSX elementləri React.createElement(component, props, ...children) funksiyası üçün asan sintaksisdir. Bu səbəbdən, JSX-də mümkün olan bütün əməliyyatlar, sadə JavaScript ilə yazıla bilər.

Məsələn, JSX-də yazılmış kod:

class Hello extends React.Component {
  render() {
    return <div>Salam {this.props.toWhat}</div>;
  }
}

ReactDOM.render(
  <Hello toWhat="Dünya" />,
  document.getElementById('root')
);

JSX işlətməyən bu koda kompilyasiya olunur:

class Hello extends React.Component {
  render() {
    return React.createElement('div', null, `Salam ${this.props.toWhat}`);
  }
}

ReactDOM.render(
  React.createElement(Hello, {toWhat: 'Dünya'}, null),
  document.getElementById('root')
);

JSX-in JavaScript-ə çevrilməsi haqqında əlavə nümunələr üçün onlayn Babel kompilyatorundan istifadə edə bilərsiniz.

Təmin olunan komponent mətn, React.Component-in alt sinfi və ya sadə funksiya ola bilər.

React.createElement ifadəsini çox yazmaqdan bezmisinizsə bu funksiyanı qısa adlı dəyişənə təyin edə bilərsiniz:

const e = React.createElement;

ReactDOM.render(
  e('div', null, 'Hello World'),
  document.getElementById('root')
);

React.createElement funksiyasını qısaldılmış formada istifadə etmək React-i JSX-siz işlətmək üçün əlverişli ola bilər.

Alternativ olaraq, terser sintaksisi təmin edən react-hyperscripthyperscript-helpers kimi cəmiyyət layihələrindən istifadə edə bilərsiniz.

Is this page useful?Bu səhifəni redaktə edin