Şərti Render Edilmə

React-də siz ehtiyacınız olan davranışı ininkapsulyasiya edən fərqli komponentləri yarada bilərsiniz. Daha sonra, siz applikasiyanızın vəziyyətindən asılı olaraq bəzi komponentləri render edə bilərsiniz.

Şərti render etmə JavaScript-də işlədiyi kimi React-də işlənilir. Hazırki vəziyyəti təmsil etmək üçün elemetləri yaratmağa və React yenilənmələrini UI ilə uyğunlaşdırmaq üçün if və ya şərti operator kimi Javascript operatorlarını istifadə edin.

Bu iki komponentləri nəzərə alın:

function UserGreeting(props) {
return
Xoş Gəlmisiniz!

function GuestGreeting(props) {
return
Xahiş edirik registrasiya edin.

Biz, hansı istifadəçinin daxil olmasını nəzərə alaraq, bu komponentlərin hansınısa təsvir edən Greeting komponenti yaradacağıq:

function Greeting(props) {
const isLoggedIn = props.isLoggedIn;
if (isLoggedIn) {
return <UserGreeting />;

return <GuestGreeting />;

ReactDOM.render(
// Try changing to isLoggedIn={true}:
<Greeting isLoggedIn={false} />,
document.getElementById('root')

CodePen-də yoxlayın

Bu nümunə isLoggedIn propunun dəyərindən asılı olaraq müxtəlif salamlama mətni render edir.

Element Dəyişənləri

Siz elementləri saxlamaq üçün dəyişənləri istifadə edə bilərsiniz. Bu sizə nəticənin qalan hissəsini dəyişmədən komponentin bir hissəsini şərti olaraq render etməyə imkan verəcək.

Yeni iki komponentləri təmsil edən Çıxış və “Daxil Ol” düymələrini nəzərə alın:

function LoginButton(props) {
return (

Daxil Ol

function LogoutButton(props) {
return (

Çıxış

Aşağıdakı misalda biz LoginControl adlanan state-li komponent yaradacağıq.

Bu hazırki vəziyyəti nəzərə alaraq <LoginButton /> və ya <LogoutButton /> render edəcək. Bu həmçinin əvvəlki misalda olan <Greeting />-i render edəcək:

class LoginControl extends React.Component {
constructor(props) {
super(props);
this.handleLoginClick = this.handleLoginClick.bind(this);
this.handleLogoutClick = this.handleLogoutClick.bind(this);
this.state = {isLoggedIn: false};

handleLoginClick() {
this.setState({isLoggedIn: true});

handleLogoutClick() {
this.setState({isLoggedIn: false});

render() {
const isLoggedIn = this.state.isLoggedIn;
let button;

if (isLoggedIn) {
button = <LogoutButton onClick={this.handleLogoutClick} />;
} else {
button = <LoginButton onClick={this.handleLoginClick} />;

return (

<Greeting isLoggedIn={isLoggedIn} />
{button}

ReactDOM.render(
<LoginControl />,
document.getElementById('root')

CodePen-də yoxlayın

if operatorunu istifadə edərək dəyişəni bəyan etmək şərti olaraq komponenti render etməyin yaxşı üsuludur, bəzən siz qısa sintaksis istifadə etmək istəyə bilərsiz. Aşağıda göstərildiyi kimi, JSX-də sətirdaxili şərtlər üçün bir neçə üsul var.

Sətirdaxili If Məntiqi && Operatoru ilə

Siz formalı mötərizə ilə hər hansı ifadələri JSX-də əlaqələndirə bilərsiniz. Buna JavaScript məntiqi && operatoru daxildir. Bu şərti olaraq elementi daxil etdikdə yararlı ola bilər:

function Mailbox(props) {
const unreadMessages = props.unreadMessages;
return (

Hello!

{unreadMessages.length > 0 &&

Sizdə {unreadMessages.length} oxunmamış mesaj var.

const messages = ['React', 'Re: React', 'Re:Re: React'];
ReactDOM.render(
<Mailbox unreadMessages={messages} />,
document.getElementById('root')

CodePen-də yoxlayın

Bu işləyir çünki JavaScript-də true && expression həmişə expression-a hesablanır və false && expression həmişə false-a hesablanır.

Buna görə də, əgər şərt true-dursa, &&-dən sonrakı element nəticədə görünəcək. Əgər false-dursa, React onu nəzərə almır və ötür.

Sətirdaxili If-Else Şərti Operatoru ilə

Elementlərin sətirdaxili şərti render edilməsi üçün digər üsul JavaScript-in condition ? true : false şərti operatorunu istifadə etməkdir.

Aşağıdakı misalda, biz bunu balaca mətn qutusunu şərti olaraq render etmək üçün istifadə etdik.

render() {
const isLoggedIn = this.state.isLoggedIn;
return (

İstifadəçi daxil {isLoggedIn ? 'olub' : 'olmayıb'}.

Bu daha geniş ifadələr üçün istifadə oluna bilər. Amma bu formada daha çətin başa düşülən olur:

render() {
const isLoggedIn = this.state.isLoggedIn;
return (

{isLoggedIn ? (
<LogoutButton onClick={this.handleLogoutClick} />

<LoginButton onClick={this.handleLoginClick} />

Javascript-də olduğu kimi, siz və sizin komandanızın qərarlaşdırdığınız oxuna bilməyə əsasən müvafiq stili seçmək sizə bağlıdır. Həmçinin yadda saxlayın ki, şərtlər kompleksləşdiyi zaman komponenti çıxarmaq daha düzgün yol ola bilər.

Komponentin Render Edilməsinin Qarşısını Almaq

Nadir hallarda siz komponentin digər komponent tərəfindən render edildiyinə baxmayaraq, özünü gizlətməsini istəyə bilərsiniz. Bunun üçün nəticəni render etməkdənsə, null qaytarın.

Aşağıdakı nümunədə warn adlanan propun dəyərindən asılı olaraq <WarningBanner /> render olunur. Əgər propun dəyəri false-dursa, bu halda komponent render etmir:

function WarningBanner(props) {
if (!props.warn) {
return null;

return (

Xəbərdarlıq!

class Page extends React.Component {
constructor(props) {
super(props);
this.state = {showWarning: true};
this.handleToggleClick = this.handleToggleClick.bind(this);

handleToggleClick() {
this.setState(state => ({
showWarning: !state.showWarning

render() {
return (

<WarningBanner warn={this.state.showWarning} />

{this.state.showWarning ? 'Göstər' : 'Gizlət'}

ReactDOM.render(
<Page />,
document.getElementById('root')

CodePen-də yoxlayın

Komponentin render üsulundan null qaytarmaq, komponentin lifecycle funksiyalarının çağrılmasına təsir etmir. Məsələn, componentDidUpdate yenədə çağırılacaqdır.