We want to hear from you!Take our 2020 Community Survey!

Hadisə Pulinqı

Qeyd

Bu səhifə yalnız React 16 və köhnə versiyaları və React Native üçün münasibdir.

React 17 vebdə event pulinqından istifadə etmir.

React 17-dəki bu dəyişiklik haqqında əlavə məlumat almaq üçün bu bloq yazısını oxuyun.

SyntheticEvent obyektləri pul olunurlar. Bu deməkdir ki, hadisə callback-i çağrıldıqdan sonra SyntheticEvent obyekti yenidən işlədiləcək və bütün parametrləri sıfırlanacaq. Məsələn, aşağıdakı kod işləməyəcək:

function handleChange(e) {
  // Hadisə obyekti yenidən işlənir deyə bu işləməyəcək.
  setTimeout(() => {
    console.log(e.target.value); // Çox gecdir!
  }, 100);
}

Hadisə işləyicisi icra olunduqdan sonra hadisənin dəyərlərini oxuya bilmək üçün e.persist() funksiyasını çağırmaq lazımdır:

function handleChange(e) {
  // React-in hadisə parametrlərini sıfırlarmasının qarşısını alır:
  e.persist();

  setTimeout(() => {
    console.log(e.target.value); // İşləyəcək
  }, 100);
}
Is this page useful?Bu səhifəni redaktə edin